Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı

Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya millisinə dəvət alıb.

Newsport.az “Daily Record”a istinadən xəbər verir ki, bu barədə Şotlandiya klubunun baş məşqçisi Martin O’Nil mətbuat konfransında məlumat verib.

O, Duranın son məşqdə iştirak etməməsinin səbəbini izah edərkən bildirib: "Vizaya görə Londona getməli idi. Kolumbiya milli komandasına çağırılıb və bunu həll edə biləcəyi yeganə vaxt bu səhər idi".

Qeyd edək ki, artıq "Seltik"in aparıcı futbolçularından olan Kamilo Duran Şotlandiya klubundakı ilk 10 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, ötən mövsüm “Qarabağ”ın heyətində UEFA Çempionlar Liqasında isə 5 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right