"Trabzonspor"da dava

"Trabzonspor" klubunun baş məşqçisi Vahid Halilhodziçlə futbolçu Florent Maluda arasında insident yaşanıb.

Newsport.az saytının verdiyi məlumata görə,  Avstriyada təlim-məşq toplanışı zamanı təcrübəli mütəxəsslə fransalı oyunçu əvvəlcə bir-birinə sərt ifadələr səsləndirib. Daha sonra isə bu mübahisə davaya çevirilib. Dava zamanı Maludanın köynəyi cırılıb. Futbolçuların müdaxiləsindən sonra hadisənin daha da böyüməsinin qarşısı alınıb.

Qeyd edək ki, heyətdən kənarlaşdırılan Maluda artıq  klub rəhbərliyinə "Trabzonspor"dan ayrılmaq istədiyini bildirilib. V.Halilhodziç də oyunçunun satılmasına razılıq verib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right