Peter Çex uzun müddətdir çıxış etdiyi "Çelsi"dən ayrıla bilər.
Newsport.az saytının məlumatına görə, İngiltərə mətbuatında yayılan xəbərlərdə təcrübəli qolkiperin London təmsilçisində getmək istədiyi bildirilir.
Hazırda komandanın ikinci qolkiperi olan 32 yaşlı əlcək sahibi əsas heyətdə çıxış edə biləcəyi komandada çıxış etmək istəyir.
Qeyd edək ki, Peter Çexlə Fransanın PSG klubu yaxından maraqlanır. Paris təmsilçisinin yaxın günlərdə futbolçu üçün rəsmi təklif göndərəcəyi bildirilir.