Fransa millisinin daha bir futbolçusu yığma karyerasını başa vurub.
Newsport.az saytının məlumatına görə, "Monako"nun müdafiəçisi Erik Abidal yığmadan getdiyini açıqlayıb.
Milli komandanın heyətində 67 oyunda çıxış edən Abidal qərarını belə izah edib:
"Artıq millidəki karyeramı başa vurmağın zamanıdır. Əslində "DÇ-2014"də yaxşı oyun sərgiləməklə yığmadan getmək istəyirdim, ancaq olmadı. Əgər səhhətim oynamağıma imkan verməsəydi, mundialdan öncə karyeramı başa vurardım. Təəssüf ki, özümü yaxşı hiss etsəm də, dünya çempionatına aparılmadım".
Qeyd edək ki, Abidaldan öncə Riberi və Nasri də yığma karyeralarını bitirdiklərini açıqlamışdılar.