Millinin üzvü: "Pivəni 15 dəfə sınamışam, amma dadı çox pisdir"

“Bavariya”nın müdafiəçisi Mats Hummels açıqlama verib.

 

Newsport.az xəbər verir ki, Hummels “Borussiya”da birgə çalışdığı və hazırda “Liverpul”da baş məşqçi olan Yurgen Klopp haqda danışıb:

 

“Liverpul”un oyunlarını izləyirəm və bəynirəm. Düzdür, “qırmızılar”ın azarkeşi deyiləm, sadəcə Yurgen Kloppun qələbələr qazanamasını istəyirəm. O, uğur qazanmağın yollarını yaxşı bilir”.

 

Almaniya millisinin üzvü açıqlamasında spirtli içkiləri sevmədiyini bildirib:

 

“Spirtli içkilərlə aram yoxdu. Məsələn, pivəni xoşlamıram. 15 dəfə sınamışam, amma dadı çox pisdir. Bir dəfə içinə çoxlu limon atdım. Ancaq yenə də yaxşı dad vermədi, çox pisdir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right