42 yaşlı futbolçuyla yeni müqavilə imzalandı

Bir zamanlar "Real", "Bavariya" kimi klublarda çıxış etmiş Ze Roberto hazırda şərəfini qoruduğu Braziliyanın "Palmerias" klubuyla yeni müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, 42 yaşlı veteran futbolçu A Seriası təmsilçisiylə sözləşməsinin müddətini 1 il daha uzadıb. İmza mərasimindən sonra danışan futbolçu "Libertadores kuboku"nu qazanmaq istədiyini bildirib:

"Bura transfer olduğum zaman vaxt keçirmək üçün gəlmədiyimi bildirmişdim. Uğurlu çıxış edib klubun tarixinə düşmək istəyirəm. Karyeramda yalnız "Libertadores kuboku" çatışmır. Buna görə buradayam və sona qədər mübarizə aparacam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right