Qurban Qurbanov: "Oyuna qədər hamı fərqli düşünürdü"

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən  "Slovan" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Newsport.az-ın Liberetsə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşmadan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti şərh edib.

 

- Çox şey danışmaq olar. Sadəcə, vaxtımız olmayacaq. Daha çox komanda ilə danışacam. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. İlk hissədə qol imkanlarımızdan istifadə edə bilmədik. Oyuna baxıb, analiz edəcəyik. Bir oyunumuz qalıb. Bütün fikrimizi "Fiorentina" ilə oyunda yönəldəcəyik
 
- Düşünürsüzmü ki, Muaremin qaçırdığı qol epizodu oyunun qırılma anı oldu?

- Ola bilərdi. Fərqli oyun da ola bilərdi. Futbolda elə nəticələr olur ki... Oyuna qədər hamı tam fərqli düşünürdü. İndi isə əksinə...  Bəzən vurmursansa, sənə vururlar.

- Sizcə, nədə məğlub oldunuz?
- Biz kollektivik, bir komandayıq. Udanda da, uduzan da birik. Məğlub olmuşuqsa, deməli, buna layiq idik.
 
- Meydançanın sürüşkən olması məğlubiyyətə təsir etdi?
- Rəqib də eyni futbolu oynadı. Çalışıram meydança amilini qabartmayım. Oyun ərzində 20 dəfə uzun top oynadılar. Bəlkə də 18-də qalib gəldilər. Komliçenka ən yaxşı oyunlarından birini keçirdi. Futbolçularımı qınamaq istəmirəm. Meydança sürüşkən idi. Buna da hazırlaşmışıq.
 
- Dünən qeyd etmişdiz ki, futbol bir oyunda ibarət deyil. İndi də eyni fikirdə qalırsız?
- Mütləq. Bir məğlubiyyət hər şeyi dəyişdi. Bakıda çalışacağıq ki, qalib gələk. Başqa çıxış yolumuz yoxdu. Nə qədər də çətin olsa da, bunu bacarmalıyıq. Hər oyun, hər məğlubiyyət bizim üçün təcrübədi. Futbolçuların böyüməsi üçün bu, vacibdi.
 
- Miçelin aqressiyasının  səbəbi nə idi?

- Normaldı. Belə oyunlar olur. O, uduzmağı xoşlamayan futbolçudu. Bəzən də bizim görmədiyimiz epizodlar da olur. Sarı vərəqəsi olduğu üçün meydandan çıxarmadım. Onsuz da Bakıdakı oyunda olmayacaq. Bu gün kimisə kimdənsə ayırmaq istəmirəm.
 
- PAOK-un "Fiorentina"ya qalib gələcəyini gözləyirdiz?

-Açığı, gözləyirəm. Çünki PAOK "Fiorentina" üçün çətin rəqibdi. İlk oyunda da bunu göstərmişdi. Azarkeş kimi bunu gözləməliyik. Tələsməli deyilik. Hamı qələbə gözləyir. "Rostov"un da "Bavariya"ya qalib gələcəyini heç kim gözləmirdi.

 

Mərdan HƏSƏNOV , Liberets

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right