“Çelsi”nin baş məşqçisi Joze Mourinyo növbəti dəfə maraqlı açıqlamalar verib.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis PSJ-nin ona iki dəfə təklif gondərdiyini və bu təkliflərə rədd cavabı verdiyini deyib:
“Leonardodan sonra PSJ-nin ilk seçimi mən idim. Ancaq o zaman bu təklif məni maraqlandırmadı. “Real”dan ayrıldıqdan sonra PSJ-dən növbəti təklifi alsam da, yenə rədd cavabı verdim. PSJ çox güclü komandadır. Çempionlar Liqasını qazanmağa qadirdir. ÇL-ın finalında bizimlə qarşılaşsalar, əla olardı”.
Mourinyo Portuqaliya millisini çalışdırmaq istədinizmi? sualını da vablandırıb: “Bəli, ölkə bunu gözləyir. Amma karyeramın tam ortasındayam. Milli komandanı 15ildən sonra da çalışıdıra bilərəm”.