PSJ müdafiəçi transfer edib. Stadium.az xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı Serj Oryeni heyətinə cəlb edib. Bu transfer PSJ-ə 11 milyon avroya başa gəlib. Qeyd edək ki, DÇ-2014-də də iştirak edən Fil Dişi Sahili millisinin futbolçusu S.Orye ötən mövsüm "Tuluza" klubunun şərəfini qoruyub.