İslandiya millisinin baş məşqçisi Lars Lagerbak sabah keçiriləcək İslandiya- Portuqaliya oyunundan öncə mətbuat konfransı keçirib.
Newsport.az-ın məlumatına görə, İslandların çalışdırıcısı Protuqaliya futbolçuları Kristian Ronaldo və Pepe haqqında maraqlı fikirlər səsləndirib.
Lagerbak portuqaliyalı ulduz Ronaldonun meydanda aktyorluq etdiyini bildirib : "Ronaldo dünyanın ən yaxşı futbolçularından biridir. Eyni zamanda mükəmməl bir aktyordur. Ronaldo və Pepe Hollivud filimlərində də oynaya bilərlər. Biz bunu Çempionlar Liqasının finalında da gördük."