Ronaldonun təzminat qiyməti bəlli oldu

Yenidən "Mançester Yunayted"ə qayıdacağı iddia olunan "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun təzminat qiyməti açıqlanıb.

Newsport.az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi portuqaliyalı futbolçunun transferi üçün 140 milyon funt-sterlinqindən keçməli olacaq.

Lakin Ronaldonun 4 illik maaşı ilə birgə bu keçidin "Mançester Yunayted"ə 180 milyon funta başa gələcəyi bildirilir. İngiltərə nəhənginin sabiq futbolçusu üçün bu məbləği ödəyib-ödəməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, 2009-cu ildə 94 milyon avro müqabilində "Mançester Yunayted"dən transfer olunan Ronaldo daha öncə verdiyi açıqlamasında gələcəyinin "Real" klubu ilə bağlı olduğunu bildirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right