“Bayern”in və Kanada millisinin müdafiəçisi Alfonso Deyvis Qvatemala yığmasına qarşı keçirilən oyunda (3:2) zədələnib.
Newsport.az “Sky”-a istinadən xəbər verir ki, Kanada millisinin baş məşqçisi Mauro Byello futbolçunun zədəsi ilə bağlı açıqlama verib:
“Onun bədəninin aşağı hissəsində zədə var. Yaxın zamanda tibbi müayinədən keçəcək. Bundan sonra yaşıl meydanlardan nə qədər uzaq qalacağı bəlli olacaq”.
Deyvis Almaniya Bundesliqasının cari mövsümündə 8 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib. Onun “Bayern”lə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-na qədərdir. Kanadalı futbolçunun transfer dəyəri 45 milyon avro qiymətləndirilir.