Qallaher qışda klubunu dəyişə bilər

“Tottenhem”in yarımmüdafiəçisi Konnor Qallaher “Everton”un maraq dairəsindədir.

Newsport.az xəbər verir ki, bu barədə “BBC Sport” məlumat yayıb.

Liverpul təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün yanvarda hərəkətə keçməyi planlaşdırır. Ancaq bu keçidin reallaşması “Tottenhem”in mövqeyindən asılı olacaq. Belə ki, London klubu mövsümün ortasında yarımmüdafiəçini buraxmağa razı olmalıdır.

Qallaher cari mövsümdə bütün turnirlərdə 9 oyunda meydana çıxıb və 2 qol vurub. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

“Transfermarkt” portalı ingiltərəli futbolçunun dəyərini 32 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right