Rafinya karyerasını nə vaxt bitirəcək?

“Barselona”nın hücumçusu Rafinya Dias fiziki vəziyyətinə ciddi yanaşdığını bildirib.

Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçu bu barədə “Barca Universal”-a açıqlamasında danışıb:

“Mənə bədənim imkan verdiyi müddətdə əlimdən gələnin ən yaxşısını edəcəm. Fiziki cəhətdən artıq yüksək səviyyədə çıxış edə bilməyəcəyimi anladığım zaman karyeramı bitirmək qərarını ilk özüm verəcəm. Özümə qarşı çox tələbkaram”.

Rafinya cari mövsümdə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 19 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Barselona” İspaniya La Liqasında növbəti matçını noyabrın 22-də, “Vilyarreal”a qarşı keçirəcək. Komanda üç gün sonra isə UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right