Azərbaycan U-17 millisi Şimali İrlandiyaya da məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası U-17 Avropa Çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, yığmamız səfərdə Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra Şimali İrlandiya yığması təzyiqi artırıb. Noa Voq və Paday O’Keyn hərəyə iki dəfə fərqlənərək dubla imza atıblar və matçın yekun hesabını müəyyənləşdiriblər.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda Almaniya yığması ilə qarşılaşıb və 0:7 hesabı ilə məğlub olub.

Beləliklə, komandamız seçmə mərhələnin ilk iki oyununda qələbə qazana bilməyib.

Qeydə alınan nəticə:

U-17 Avropa Çempionatı

Təsnifat mərhələsi

Qrup 2

Şimali İrlandiya U-17 – Azərbaycan U-17 4:0

Qollar: Paday O’Keyn, 53, 80, Noa Voq, 74, 78





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right