Azərbaycan şahmatçıları Vətənə 3 medalla qayıdıblar

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində 8–18 yaşlı şahmatçılar arasında keçirilən Avropa çempionatında üç medal qazanan Azərbaycan təmsilçiləri Vətənə qayıdıblar.

Newsport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan şahmatçılarımızın qarşılanma mərasimi keçirilib.

42 ölkənin iştirak etdiyi yarışda ümumi medal sıralamasında 3–5-ci yerləri bölüşən millimizin üzvlərini hava limanında Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, idmançıların valideynləri və media mənsubları qarşılayıblar.

Qeyd edək ki, 18 yaşadək qızların yarışında çıxış edən Nərmin Abdinova bütün görüşlərdə qələbə qazanaraq 9 turdan 9 xalla Avropa çempionu olub. O, son turda FIDE təmsilçisi Lizaveta Liashkeviçə qalib gəlib.

18 yaşlı oğlanların mübarizəsində Tunar Davudov son turda polşalı Pavel Sovinskini məğlub edərək xallarının sayını 7-yə çatdırıb və gümüş medala sahib çıxıb.

8 yaşlı qızların yarışında isə Selin Məmmədova türkiyəli Eliz Karahan üzərində qələbə qazanaraq bürünc medal əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right