“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager, Maykl Karrikin “Mançester Yunayted”in baş məşqçisi postundan uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, həmyerlisinin bu vəzifəyə kifayət qədər məşqçilik təcrübəsi olmadan gətirildiyini bildirib:
“Maykl Karrik bu vəzifəni demək olar ki, heç bir əziyyət çəkmədən əldə etdi. O, əsasən “Mançester Yunayted”də futbolçu kimi çıxış etdiyi üçün təyin olunmuşdu. Buna baxmayaraq, yaxşı iş gördü və komandanın Çempionlar Liqasına vəsiqə qazanmasına kömək etdi.
Amma mən Karrikə görə təəssüflənmirəm. O, cəmi iki il “Middlsbro”da çalışıb, bir müddət televiziya eksperti olub və sonra “Mançester Yunayted”də işə başlayıb. O, ciddi məşqçilik təcrübəsi olmadan dünyanın ən böyük komandalarından birini idarə etdi. Karrik səviyyə baxımından Premyer Liqanın ən yaxşı məşqçilərindən bir qədər geri qalır”.