Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv I Liqa təmsilçisi "Gəncəbasar"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
"Kəpəz"in heyətində Kennet Kalunqa fərqlənib. "Gəncəbasar"ın qolunu isə İlham Hüseynov vurub.