Azərbaycan U-19 millisi Serbiyaya məğlub oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda ikinci oyununu keçirib.

Newsport.az xəbər verir ki, yığmamız Serbiyanın U-19 komandası ilə qarşılaşıb.

Görüş rəqib komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk turda Monteneqro ilə üz-üzə gəlib. Həmin qarşılaşmada komandamız 2:7 hesabı ilə məğlub olub.

Beləliklə, Azərbaycan U-19 millisi seçmə mərhələnin ilk iki oyununda məğlubiyyətlə üzləşib.

U-19 Avropa Çempionatı

Təsnifat mərhələsi

Liqa B, Qrup 1

Serbiya U-19 – Azərbaycan U-19 4:0

Qollar: Dimitrije Şariç, 40 (pen.), David Milovanoviç, 70, Yovan Ostojit, 72, 78





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right