"Sabah"ın hücumçusu millidə növbəti oyununa çıxdı

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, "Sabah"ın hücumçusu Coy Lenss Mikelsin formasını geyindiyi Ruanda millisi səfərdə Malinin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mikels də bu görüşün iştirakçısı olub. Matça start heyətində başlayan 32 yaşlı vinger 88-ci dəqiqədə əvəzlənib.

3 turdan sonra 6 xal toplayan Ruanda yığğması qrupda 2-ci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right