“Qalatasaray” Batrakova qiymət qoydu

“Qalatasaray” futbolçusu Aleksey Batrakovun transfer dəyərini müəyyənləşdirib.

Newsport.az xəbər verir ki, “cim-bom” adı Avropanın nəhəng klubları ilə hallanan yarımmüdafiəçi üçün azı 70 milyon avro tələb edir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Barselona”, “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted” və PSJ rusiyalı futbolçunu yaxından izləyir. Klublar qış transfer dönəmində Batrakov üçün hərəkətə keçəcək.

21 yaşlı futbolçu bu mövsüm “Qalatasaray” formasıyla 18 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right