“Brayton”un müdafiəçisi Luka Vuşkoviç karyerasını İngiltərə Premyer Liqasının başqa klubunda davam etdirə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçunu “Liverpul” heyətinə qatmaq istəyir. “Qırmızılar” müdafiəçinin transferini gələn ilin yayında reallaşdırmağı planlaşdırır.
Vuşkoviçin bazar dəyəri 65 milyon avro qiymətləndirilir. Onun “Brayton”la müqaviləsinin müddəti 2031-ci il iyunun sonuna qədərdir.
19 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 10 oyuna çıxıb və 1 qol vurub.