“Futbolçunun sağlamlığı həmişə birinci yerdədir”. Newsport.az xəbər verir ki, bunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti deyib.
Yığmanın məşqçilər heyətinin oyunçuların sağlamlığına xüsusi önəm verdiyini deyən italyalı mütəxəssis klublara futbolçuların millidə qayğı ilə əhatə olunacağına arxayın olmağı tövsiyə edib: “Əgər oyunçu tam sağlamdırsa, məşq edir, tam hazır vəziyyətdədirsə, meydana çıxır. Eyni zamanda, biz onların meydanda keçirdikləri dəqiqələrin sayına da nəzarət edirik”.
Məşqçi Bruno Gimaraesin vəziyyəti barədə də məlumat verib. Yarımmüdafiəçi bu həftə yüngül narahatlığa görə məşqlərdə iştirak etməyib: “İndi özünü yaxşı hiss edir və oynamağa hazırdır. Dəqiq nə qədər oynayacaq? Hələ bilmirəm, vəziyyətini qiymətləndirəcəyik. İstər məşqlərdə, istərsə də oyunlarda oyun vaxtını tənzimləmək üçün bizdə bütün lazımi məlumatlar var. Klublar oyunçuları milli komandada olarkən onlarla bağlı arxayın ola bilərlər. Hamımız üçün oyunçunun sağlamlığı ən vacib məsələdir”.