"Qarabağ"ın legioneri məhsuldar ötürmə etdi, komandası qazandı

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro milli komandasının heyətində növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Divizionunun Latviya seçməsi ilə 5-ci tur görüşündə forma geyinib.

Ağdam klubunun üzvü Podqoritsada baş tutan qarşılaşmada 90 dəqiqə meydanda olub və komandasının qələbəsində pay sahibi olub - 2:1.

İlk qolun ötürməsini edən Yankoviç 7,8 balla görüşün ən yaxşısı seçilib. Mirko Vuçiniçin rəhbərlik etdiyi kollektiv 13 xalla 2-ci qrupa liderlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right