Türkiyə millisinin düşərgəsini tərk etdi

Türkiyə millisinin heyətində itki var.

Newsport.az xəbər verir ki, müdafiəçi Ozan Kabak düşərgədən ayrılıb. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kabak Belçika ilə matçda (1:2) sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. "Hoffenhaym"ın 26 yaşlı futbolçusu bu səbəbdən Fransa ilə oyunu buraxacaq.

Fransa – Türkiyə görüşü noyabrın 15-də keçiriləcək.

Türkiyə yığması 5 turdan sonra xalsızdır və A Liqasının qrupunda sonuncudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right