Asim Xudiyev UEFA Millətlər Liqasının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə beynəlxalq oyuna təyinat alıb.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Belarus - Albaniya matçında hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, qarşılaşma noyabrın 15-də Macarıstanın paytaxtı Budapeştdə yerləşən "İllovski Rudolf" stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right