İngiltərə yığmasının kapitanı Harri Keyn yeni rekord aimza atıb.
Newsport.az xəbər verir ki, onun komandası UEFA Millətlər Liqasının 5-ci turunda Xorvatiyanı məğlub edib – 2:1.
Harri Keyn bu oyunda millinin tarixinə düşüb. 33 yaşlı hücumçu komandada ən çox oyun keçirən futbolçu olub.
Çexiya ilə matç Keynin yığmadakı 126-cı matçı olub. O, bu göstəricidə 125 oyunla rekordçu olan keçmiş qapıçı Piter Şiltonu ötüb. Şilton 1970-1990-cı illərdə millinin əsas qapıçısı olub.