Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az xəbər verir ki, Super Lliqa təmsilçisini Uğur Uçar çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Uğur Uçarın son iş yeri sentyabrda ayrıldığı "Çorum" olub. O, "Alanyaspor"un baş məşqçisi postunda Joao Pereyranı əvəzləyib.