"Mançester Yunayted" seneqallını transfer etməyi planlaşdırır

Mançester Yunayted” “Everton”un futbolçusu İliman Ndiayeni heyətinə qatmağı planlaşdırır.

Newsport.az “Mirror”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Everton”un hücumçusu üçün danışıqlara başlayıb.

“Everton” 26 yaşlı vinger üçün 70 milyon funt sterlinq tələb edir. Onun klubla müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Ötən mövsüm Ndiaye bütün yarışlarda 34 oyunda meydana çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right