FİFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu növbəti dəfə kəskin tənqid edib.
Newsport.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, o, İnfantinonun ABŞ prezidenti Donald Trampla münasibətlərinin dünya futboluna zərər verdiyini bildirib:
“Onların münasibətləri elə bir həddə çatıb ki, futbola vurulan zərər çox ciddi xarakter alıb. Heç kimin futbolu satmağa haqqı yoxdur”.
1998-2015-ci illərdə FİFA prezidenti olmuş Blatter daha əvvəl də İnfantinonun fəaliyyətini tənqid edib. O, xüsusilə, İnfantinonun ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı qərarına etiraz etmiş və bunun dünya çempionatı zamanı böyük qalmaqala səbəb olduğunu bildirmişdi.