Neymar Braziliya milli komandasındakı karyerasını başa vurub.
Newsport.az xəbər verir ki, bu barədə 34 yaşlı vinger özü məlumat verib. Ulduz futbolçu milli üçün artıq hər şeyi etdiyini bildirib:
"Düşünürəm ki, Braziliya millisində artıq adımı tarixə yazmışam. Onun şərəfini qoruyarkən həqiqətən də xoşbəxt olmuşam. Bu illər ərzində çox şey yaşamışam, bütün gücümü, qanımı və ruhumu vermişəm, həmişə sarı forma üçün mübarizə aparmışam. Ancaq indi hiss edirəm ki, artıq qayıtmaq istəmirəm".
Neymar Braziliya millisi tarixinin ən yaxşı bombardiridir. O, yığmanın heyətində 130 oyun keçirib, 80 qol vurub. O, Braziliya seçməsi ilə birlikdə 2013-cü il Konfederasiyalar Kubokunu və 2016-cı il Olimpiya oyunlarının qızıl medalını qazanıb, həmçinin 2021-ci il Amerika Kubokunun finalçısı olub.