"Azərbaycanda isti olacağını unutmamaq lazımdır" "Paide"nin forvardı "Zirə" ilə cavab matçı haqda

Estoniyanın “Paide” klubunun hücumçu Henri Anier Konfrans Liqasının təsnifat mərhələsinin ikinci turunun ilk oyununda Paarnuda “Zirə” üzərində qazanılmış 1:0 hesablı qələbəni şərh edib.

Newsport.az “Soccernet”ə istinadən xəbər verir ki, təcrübəli forvard komandasının növbəti mərhələ şanslarını da dəyərləndirib:

"Oyundan əvvəl “Zirə”nin aşkar favorit olması barədə söhbətlər gedirdi. Amma biz heç kimdən qorxmağa əsasımız olmadığını göstərdik. Təvazökar qalmalıyıq, amma bu gün də matçın gedişində inkişaf etdiyimizi göstərdik. Azərbaycanda isti olacağını unutmamaq lazımdır. Şəxsən mən Asiyada beş il ərzində buna öyrəşdiyim üçün istidən qorxmuram. Bizi çətin sınaq gözləyir, amma komandama inanıram".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right