Yeddi ildən sonra "Milan"ı tərk etməyə hazırlaşır

Əlcəzair milli komandasının üzvü İsmael Bennaser "Milan"ı tərk etməyə hazırlaşır.

Newsport.az "Sky Sport"a istinadən xəbər verir ki, yarımmüdafiəçisi Qətərdə oynamaq qərarına gəlib.

28 yaşlı futbolçunun "Əl-Qarafa"ya keçəcəyi gündəmdədir.

Bennaserin "Milan"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər olsa da, klubdan azad agent kimi ayrılacaq.

Əlcəzairli “Arles”, “Tur”, “Empoli”, “Marsel”, “Dinamo”(Zaqreb) klublarında çıxış edib. O, 2019-cu ildən “Milan”ın formasını geyinirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right