Kriştiano Ronaldonun da formasını geyindiyi “Əl-Nəsr”in borcları 800 milyon rialı — 200 milyon dolları keçib.
Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, maliyyə məhdudiyyətləri səbəbindən klub hazırda yeni transferlər də edə bilmir.
Klubun nəzarət payına sahib olan Səudiyyə Ərəbistanı suveren sərvət fondu yeni investor cəlb etməyi düşünür.
Lakin fond "Əl-Nəsr"in idarəçiliyindəki iştirakını tamamilə dayandırmağı planlaşdırmır.