“Real”ın müdafiəçisi Din Heysen yeni baş məşqçi Joze Mourinyoda xoş təəssürat yaradıb.
Newsport.az “Diario AS”-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun İspaniya millisinin 2026-cı il dünya çempionatı heyətinə düşməməsi onu həm qəzəbləndirib, həm də daha çox motivasiya edib.
Heysen istirahət dövründə fərdi hazırlıq üzərində ciddi çalışıb və mövsümöncəsi toplanışın ilk günlərində əla fiziki forması ilə Mourinyonun diqqətini cəlb edib.
Müdafiəçi “Real”dakı debüt mövsümünü istədiyi səviyyədə keçirmədiyini anlayır və portuqaliyalı mütəxəssisin rəhbərliyi altında özünü sübut etmək əzmindədir.
İspaniyalı futbolçu ötən il İngiltərənin “Bornmut” klubundan Madrid təmsilçisinə transfer olunub. Onun “Real”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.