"Üçüncü yer uğrunda matçın keçirilməsinin doğru olmadığını düşünürəm" Fransa millisinin müdafiəçisi

Fransa millisinin müdafiəçisi Jül Kunde DÇ-2026-da üçüncü yer uğrunda matçda İngiltərəyə 4:6 hesablı məğlubiyyəti şərh edib.

Newsport.az xəbər verir ki, “L’Équipe” nəşrinə danışan Kunde bu matçın keçirilməsini doğru hesab etmədiyini deyib.

- Qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləmək necə idi?

- Birinci hissə bir neçə səbəbdən tamamilə fəlakətli keçdi. İkinci hissədə nəhayət ki, mavi köynəyi geyinməyə layiq bir oyun nümayiş etdirdik. Çoxlu qol şansları yaratdıq, amma yenə də kifayət deyildi. Hamımız çox məyus olduq – ikinci məğlubiyyəti aldıq və məşqçimizi qələbə ilə sevindirə bilmədik.

- Daha çox nəyə görə üzgünsünüz?

- Ən böyük peşmançılıq finala çıxmamaqdır. Düzünü desəm, ümumiyyətlə, üçüncü yer uğrunda matçın keçirilməsinin doğru olmadığını düşünürəm. Bütün hazırlıq və düşüncələr finala yönəldiyi zaman buna uyğunlaşmaq olduqca çətindir. Amma özümüzü məyus edə bilməzdik, meydana çıxıb yaxşı oynamalı idik.Ümumilikdə, düşünürəm ki, yaxşı təəssürat yaratdıq və azarkeşləri çıxışımızla məmnun etdik, amma bu turnirin nəticəsi yenə də acı bir dad buraxır”.

Bu gün keçiriləcək İspaniya - Argentina finalına Bakı vaxtı ilə 23:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right