"Belə məbləğə mən Vinisius səviyyəsində futbolçu gözləyərdim" jurnalistdən sərt tənqid

Teleaparıcı Piers Morqan Morqan Rocersin tarixin ən bahalı ingilis futbolçusu olacağı ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, daha əvvəl məlum olmuşdu ki, "Çelsi" 23 yaşlı yarımmüdafiəçini "Aston Villa"dan 117 milyon funt-sterlinq qarşılığında transfer etməyə razılaşıb.

Beləliklə, Rocers Elliot Andersonin "Mançester Siti"yə 116 milyon funt-sterlinq qarşılığında keçidi zamanı müəyyənləşdirilən rekordu geridə qoyacaq.

“Bu, tamamilə absurddur. Belə məbləğə mən Vinisius Junior və ya Kviça Kvaratskelia səviyyəsində futbolçu gözləyərdim”, – deyə “Arsenal” azarkeşi olan Pirs Morqan yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right