10 qolun vurulduğu qarşılaşmada İngiltərə qələbə qazanaraq bürünc medal qazandı

DÇ-2026-da üçüncü yer uğrunda oyun keçirilib.

Newsport.az xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gəlib. 

Qarşılaşma ABŞ-ın Mayami şəhərində yerləşən “Mayami Stadium”da oynanılıb. Gərgin oyun şəraitində keçən matçda İngiltərə millisi 6:4 hesabı ilə qalib gəlib. Beləliklə, İngiltərə yığması 60 il sonra mundial medalı qazanıb.

Qeyd edək ki, Fransa yarımfinalda İspaniyaya uduzaraq final şansını itirmişdi. İngiltərə isə Argentina ilə görüşdə məğlub olmuşdu. 

Qeyd edək ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

01:00. Fransa - İngiltərə - 4:6

Qollar: Rays, 3 (0:1), Konsa, 18 (0:2), Saka, 37 (0:3), 45+2 (0:4), Mbappe 48 (1:4), Barkola, 54 (2:4), Mbappe, 66 (3:4), Saka, 88-pen. (3:5), Dembele, 90+6 (4:5), Bellinqem, 90+8 (4:6)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right