Ardanın “Real”dakı mövqeyi dəyişdirilə bilər

“Real” bu yay “Bayern”in hücumçusu Maykl Oliseni transfer etməyin asan olmayacağını anlayır.

“Kral klubu” fransalı futbolçunu heyətinə qatmaq arzusundan əl çəkməyib. Ancaq Münhen təmsilçisi əsas oyunçularından biri hesab olunan Olise ilə yollarını ayırmaq niyyətində deyil.

Newsport.az “Diario AS”-a istinadən xəbər verir ki, Olisenin transferi baş tutmasa, “Real”ın baş məşqçisi Joze Mourinyo sağ cinahda əsas seçimini Arda Gülərdən yana edəcək.

Türkiyə millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə verib.

Arda əsasən yarımmüdafiənin mərkəzində çıxış etsə də, ehtiyac yaranacağı halda sağ cinahda da forma geyinə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right