Maskalı şəxslər Yamalın evinə girməyə cəhd göstəriblər

Naməlum şəxslər İspaniya millisinin və “Barselona” klubunun futbolçusu Lamin Yamalın evini qarət etməyə cəhd göstəriblər.

Newsport.az xəbər verir ki, bu barədə “El Espanol” nəşri məlumat yayıb.

Hadisə İspaniya yığmasının dünya çempionatının yarımfinalında Fransaya qalib gəldiyi matçdan (2:0) sonra baş verib.

Oyun başa çatdıqdan sonra iki naməlum şəxs 19 yaşlı hücumçunun evinə girməyə çalışıb.

Soyğun təşəbbüsü futbolçunun mühafizə qrupu tərəfindən əngəllənib. Təhlükəsizlik işçiləri müşahidə kameralarında hasarı aşmağa çalışan iki maskalı şəxsi müşahidə ediblər.

Şübhəli şəxslər hadisə yerindən uzaqlaşıblar. Bundan sonra polis idarəsinə müraciət edilib. Hüquq-mühafizə orqanları insidentlə əlaqədar istintaq aparır.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right