Millinin sabiq forvardı: "İngiltərə mütləq finala çıxacaq"

"Nyukasl" və İngiltərə millisinin keçmiş hücumçusu Alan Şirer 2026-cı il Dünya Kubokunun yarımfinalında Argentinaya qarşı keçiriləcək matçla bağlı gözləntilərini bölüşüb. 

Newsport.az "Daily Mirror"a istinadən xəbər verir ki, Şirer millisinin qələbə qazanacağına əmin olduğunu deyib:

"İngiltərə mütləq finala çıxacaq. Argentina qol buraxır, biz qol vururuq. Mən fantastik oyuna və 3:2 hesablı qələbəyə inanıram. Bellingham və Keyn bizim əsas silahlarımızdır və nəticəni onlar müəyyən edəcəklər".

İngiltərə - Argentina matçı bu gün Atlantadakı Mercedes-Benz stadionunda keçiriləcək. Görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right