İngiltərə Kubokunda mübarizəni vaxtından əvvəl dayandıran “Arsenal”ın baş məşqçisi Arsen Venger məğlubiyyəti şərh edib.
Newsport.az saytınn məlumatına görə, fransalı mütəxəsis müdaifə xəttində problemləri olduğundan məğlub olduqlarını bildirib:
"Biz müdafiədə çatdıra bilmədik. Təəssüf ki, ikinci hissədə qol vurmadıq. Zədə səbəbindən müdafiədə ciddi problemlər var. Kiran Qibbs diz vətərini zədələyib, Mertezaker özünü yaxşı hiss etmir. Nəticədə xüsusi seçim imkanı yoxdur. Amma məğlubiyyətdə gənc müdafiəçiləri günahlandırmaq istəmirəm. Səhvlərə görə 2 qol buraxdıq. Rəqibin haqqını vermək lazımdır. "Southampton" çox səviyyəli oyun nümayiş etdirdi."