Madridin "Real" klubu yarımmüdafiəçi Marselo Brozoviçə yaxından maraq göstərməyə başlayıb.
Newsport.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri şəxsi sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, İspaniya təmsilçisinin rəhbərliyi məlumat toplamaq məqsədilə 33 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə yaradıb.
Xorvatiyalı oyunçu "Real"ın baş məşqçisi Joze Mourinyonun diqqətini cəlb edib. Portuqaliyalı mütəxəssis təcrübəli yarımmüdafiəçini heyəti gücləndirə biləcək potensial namizəd kimi görür. Tərəflər arasında 1 illik müqavilənin imzalana biləcəyi gözlənilir.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda keçirdiyi 3 mövsümdən sonra azad agentə çevrilən Brozoviçlə asiyalılar yeni sözləşmə imzalamaq istəməyiblər.
Qeyd edək ki, Brozoviç ötən mövsüm ərəb klubunun heyətində ümumilikdə 40 matçda meydana çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.