İngiltərə Liqa kubokunda baş tutan "Liverpul" - "Midsbro" oyunu özünəməxsus rekordu ilə yadda qaldı.
Newsport.az saytının məlumatına görə, əsas və əlavə vaxtı 2-2 yekunlaşan oyunun taleyini həll etmək üçün penalti seriyalarına müraciət olundu. Nəticədə 30 penalti reallaşdırldı ki, bunun da 27-si dəqiq oldu.
Futbol tarixində penalti seriyalarının müxtəlif rekordları var. Maraq üçün qeyd edək ki, ən uzun penalti seriyalarnın 1986-cı ildə Argentina kubokunda qeydə alınıb. "Adelant Ribank" - "Calves" qarşılaşmasında penalti seriyalarından sonra 28:27 hesabı qeydə alınmışdı.
Ginnesin "Rekordlar kitabı"na düşmüş ən uzun penalti seriyası 2005-ci il Namibiya kubokunun finalına təsadüf edir. "KK Palace" - "Civics" matçında tərəflər 2-2 hesablı bərabərliyə nail olmuşdular. Oyundan sonra yerinə yetirilən 48 zərbədən sonra "KK Palace" rəqibi "Civics"ə 17-16 hesabı ilə qalib gəlmişdi.
Ardıcıl dəqiq yerinə yetirilən penalti seriyalarına görə isə 2013-cü ildə Hempşir kubokunda keçirilmiş "Brockenhurst " və "Andover" klubları arasındakı penalti seriyasını qeyd etmək olar. Birincilərin 15-14 hesablı qələbəsi ilə bitən 30 penalti zərbəsindən "Andover" sonuncu vuruşu dəqiq yerinə yetirməmişdi. Ardıcıl 29 penalti isə qapıdan keçmişdi.
1996-97 mövsümündə Fransa Kubokunda baş tutan "Obernai" - "Wittelsheim" görüşünüdə oyundan sonra qalibi müəyyən etmək üçün 40 penalti vurulmuşdu. Hesab 15-15 olsa da, yerli federasiya "Obernai" daha aşağı reytinqli komanda olduğundan qalib kimi "Wittelsheim"i göstərmişdi.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu cəhətdən rekord hər komandanın 13 zərbə vurmasıdır. Buna 19 il əvvəl Azərbaycan Superkubokunda təsadüf olunub. 1995-ci ildə "Neftçi” əsas vaxtı 1:1 hesabı ilə nəticələnən görüşdə "Turan”ı penalti seriyasında 8:7 hesabı ilə məğlub edib.