“Neftçi”nin transfer etmək istədiyi futbolçu Bakıya gəldi

“Neftçi”nin növbəti transferi Lubomir Tupta olacaq. “Ağ-qaralar” slovakiyalını keçidə razı sala bilib. Yuri Vernidubun istəyi ilə transfer ediləcək vinger özü də, “Neftçi”də oynamaq təklifinə razılıq verib.

Newsport.az xəbər verir ki, slovakiyalı futbolçu artıq Bakıya gəlib. Onun bu gün həkim müayinəsindən keçəcəyi planlaşdırılır.

28 yaşlı futbolçunun AEL klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Verona”, “Visla”(Krakov), “Sion”, “Askoli”, “Slovan”(Liberets), “Peskara”, “Vidzev”(Lodz) klublarında çıxış edib.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right