"Komo" Nico Pasın transferi ilə bağlı "Real"ın tələblərini qəbul etməyə hazır deyil.
Newsport.az xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, Madrid klubu argentinalı futbolçunu 9 milyon avro qarşılığında geri almaq hüququndan istifadə etmək qərarına gəlib. Bundan sonra “Real” oyunçunu yenidən “Komo”ya 60 milyon avroya satmağa hazırdır. Baş məşqçisi Sesk Fabreqas olan İtaliya təmsilçisinin bazar ertəsinə qədər prioritet satınalma hüququ var.
Bu gün hər iki klubun nümayəndələri arasında danışıqlar aparılıb. Məlumata görə, “Komo” həm maliyyə fair-play qaydaları ilə bağlı məhdudiyyətlərə, həm də klub rəhbərliyinin mövqeyinə görə 60 milyon avro ödəməkdən imtina edib.
Vəziyyəti "İnter" də diqqətlə izləyir. “Komo”nun transfer yarışından tam çıxacağı təqdirdə, Milan klubu argentinalı yarımmüdafiəçini heyətinə qatmağa cəhd göstərəcək.