Con Terri: "Çelsi"ni çalışdırmağa məndən layiqli namizəd yox idi"

"Çelsi"nin sabiq müdafiəçisi Con Terri London klubunun baş məşqçisi olmaq şansı əldə etmədiyinə görə məyus olub

Newsport.az xəbər verir i, 2026-cı ilin yanvarında "Çelsi" baş məşqçi Enzo Mareska ilə yollarını ayırmışdı. Bundan sonra komandanı iki oyunda müvəqqəti olaraq U-21 komandasının çalışdırıcısı Kalum Makfarleyn idarə etmişdi.

Con Terri isə "Daily Mail"ə açıqlamasında klub rəhbərliyiin həmin vaxt "zadəganlar"ı ona əmanət etmədiyinə görə kədərləndiyini söyləyib: 

"Heç vaxt düşünməmişəm ki, "Çelsi"nin baş məşqçisi ola bilərəm. Amma məşqçi qovulandan və klub müvəqqəti variant axtarandan sonra istər akademiyada, istərsə də əsas komandanın bazasında məndən daha uyğun namizəd yox idi. Hətta söhbət bir və ya iki oyundan getsə belə. Heç kim mənim qədər "Çelsi"yə bağlı olmayıb.

Mən uzunmüddətli perspektivdə "Çelsi"nin baş məşqçisi vəzifəsinə layiq olduğumu düşünürəmmi? Xeyr. Çünki "Çelsi" məndən daha böyükdür. Əgər bir gün bu vəzifəni istəyirəmsə, əvvəlcə öz yolumu keçməli və buna layiq olduğumu sübut etməliyəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right