"Fənərbaxça" fransalı müdafiəçi ilə danışıq aparır

"Lans"la müqaviləsi başa çatan Malanq Sarr karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, "Fənərbaxça" fransalı müdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

İstaanbul nəhəndi 27 yaşlı futbolçuya imza pulu ilə birlikdə illik 8 milyon avro maaş təklif edib. Azad agent statusunda olan təcrübəli mərkəz müdafiəçisi isə imza pulundan əlavə illik 8 milyon avro maaş tələb edir. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Malanq Sarr 2024-cü ilin yayından "Lans"da çıxış edirdi. Fransa U-21 millisinin sabiq üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right