“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin Xorvatiya yığması ilə oyunun fasiləsindəki çıxışı ətrafında yaranan müzakirələrə münasibət bildirib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, medianın reaksiyasını şişirdilmiş hesab edib:
“Bu, onun işidir, elə deyilmi? Məncə, buna bir az həddindən artıq reaksiya verildi”.
Tuxel matçın gedişində futbolçularını nəticədən asılı olmayaraq, öz oyun üslublarına sadiq qalmağa çağırıb. İngiltərə millisi bu görüşü 4:2 hesablı qələbə ilə başa vurub.
İngiltərə yığması qrup mərhələsinin ikinci turunda, iyunun 23-də Qana millisi ilə qarşılaşacaq.