“Neymar meydanda möcüzələr yarada bilən oyunçudur”

“Betis”in və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Denilson, 2026-cı il dünya çempionatının qrup mərhələsində “sambaçılar”ın iki oyununu buraxan hücumçu Neymar barədə danışıb və onun hazırkı vəziyyətini dəyərləndirib.

Newsport.az “Globo”-ya istinadən xəbər verir ki, 48 yaşlı keçmiş futbolçu, Neymarın meydanda möcüzələr yarada bilən oyunçu olduğunu bildirib:

“Neymar artıq məşq edir. Növbəti matçda təxminən 20 dəqiqə oynaya bilər. Meydanda möcüzələr yarada bilən oyunçudur. O, başqalarını yox, özünü sübut etməli olduğu bir dövrdədir”.

Neymar baldır zədəsi səbəbindən ilk iki oyunu buraxıb.

Karlo Ançelottinin komandası mayın 25-də, dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Şotlandiya yığması ilə qarşılaşacaq. “Sambaçılar” ilk oyunda Mərakeş millisi ilə heç-heçə (1:1) edib, ikinci matçda isə Haiti yığmasına qalib gəlib (3:0).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right